Türkiyənin Şanlıurfa vilayətində 12 min illik tarixə malik, “tarixin sıfır nöqtəsi” adlandırılan və UNESCO-nun Dünya irs siyahısına salınan Göbeklitepe arxeoloji abidəsi 2019-cu ildə 412 min 378 nəfər ziyarətçi sayı ilə rekord göstəriciyə nail olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın 2019-cu ili “Göbeklitepe ili” elan etməsindən sonra yerli və xarici turistlərin bu tarixi məkana marağı daha da artıb.

2018-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilən Göbeklitepe ötən il ölkə daxilində və xaricində müxtəlif tədbirlər və sərgilərlə daha da məşhurlaşıb, bu mövzuda sənədli və animasiya filmləri çəkilib.

Mehparə SULTANOVA
Ankara