Noyabrın 12-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında beynəlxalq kino sənayesində böyük nüfuza malik, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin kuratoru, həmyerlimiz Əddis Hacıyevin “Müasir kinematoqrafda rəssam işi” mövzusunda mühazirəsi təşkil olunacaq. Mühazirəyə kino, televiziya və reklam sahəsində çalışan rəssamlar, dekor, kostyum və qrim ustaları, rekvizit mütəxəssisləri və bu sahəyə peşəkar maraq göstərən hər bir rəssam qatıla bilər.
Əddis Hacıyev 1979-1983-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1983-1991-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. “Ən yaxşı rəssam işi” nominasiyasında bir çox beynəlxalq film festivallarının nominantı və qalibidir. Rusiya Kinematoqrafçılar İttifaqı idarə heyətinin, Rusiya Dizaynerlər İttifaqının üzvü, Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin nəzdindəki Moskva Ali Kino Məktəbinin “Quruluşçu rəssam” proqramının kuratorudur.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar