Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkənin dostluq münasibətlərinə həsr edilən konsert olub.

Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və koreyalı violonçel ifaçısı xanım Ryo Meehae çıxış edib.

Orkestrin təqdimatında “Vətən baharı” simfoniyası (Koreya əsəri) və Ryo Meehaenin ifasında “Rokoko mövzusunda variasiya” dinləyicilərin zövqünü oxşayıb.

Konsert ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına 2020-ci ilin ilk töhfəsi olub.

Qeyd edək ki, Koreyanın tanınmış musiqiçilərindən olan Ryo Meehae beynəlxalq müsabiqələrdə münsif kimi iştirak etməklə yanaşı, Avropada aktiv musiqi fəaliyyəti ilə də məşğul olur.