YARAT-da böyüklər üçün ustad dərsləri

Yanvarın 15-də və 22-də YARAT Müasir İncəsənət Mərkəzində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək.

 “Özünü kəşf et” – yaradıcılıq ab-havası ilə dolu layihədir. Ustad dərsləri zamanı iştirakçılar gündəlik həyat işlərini kənara qoyub, özlərini tamamilə yaradıcılığa həsr edəcəklər.

Bu layihə dost və ailə mühitində yaradıcılıq vasitəsilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir. Dərslər zamanı iştirakçılar XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi tərəfindən bütün ləvazimatlarla təmin olunacaqlar. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər.

Ustad dərsləri saat 19-dan 21-dək keçiriləcək.