Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsindən bəhs edən “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi ötən həftə Milan beynəlxalq kinofestivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, Milan festivalında dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqrafçılar bir araya gəlib. “Sonsuz dəhliz” filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımdan əhəmiyyətli hadisədir. Xatırladaq ki, ekran əsəri “Milan IFF 2015” kinofestivalında müsabiqədə iştirak etmək üçün bu ilin iyul ayında seçilmişdi.
“Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra film daha iki nüfuzlu mükafata layiq görülüb. İyulda Madrid və Tenerife film festivalları (İspaniya) “Sonsuz fəhliz”i “Ən yaxşı sənədli film” və Aleksandras Brokası isə “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib.
Rejissor Aleksandras Brokas deyib: “Sonsuz dəhliz” filminə böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri, nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır”.
Xatırladaq ki, ingilis dilində çəkilən film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.
Sənədli filmin prodüserləri Aleksandras Brokas (Litva) və “Grammy Award” mükafatçısı Cerald Rafşundur (ABŞ). Filmi britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz səsləndirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar