İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş katibi Salim Məhəmməd Əl-Malik Rabatda Misirin Mərakeşdəki səfiri Əşrəf İbrahimlə görüşüb.
İSESCO-nun baş ofisində keçirilən görüşdə Qahirənin 2020-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı təşkil ediləcək tədbirlər müzakirə olunub. İl çərçivəsində birgə simpozium və konfransların təşkili, elmi tədqiqat işlərinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu il ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan), Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri “İslam mədəniyyətinin paytaxtları” elan edilib.