Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə Əlisəttar Quliyev “Mozalan” studiyasının rəhbəri təyin edilib. Bir müddət əvvəl studiyaya rəhbərlik C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova həvalə olunmuşdu. Qısa müddətdə “Mozalan” studiyasında bir sıra islahatlar aparılıb, iki yeni film çəkilib və bu sahədə maddi-texniki baza gücləndirilib.
Mədəniyyət və turizm nazirinin digər əmri ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşviq Hətəmova öz vəzifəsində qalmaqla “Azanfilm” studiyasının direktoru vəzifəsinin icrası müvəqqəti olaraq həvalə olunub. Azərbaycanda yeni cizgi filmlərinin çəkilməsi, bu sahənin daha da inkişafı üçün Mədəniyyət və Turizm Nazirliyi rəhbərliyinin qarşıya qoyduğu yeni tələblər çərçivəsində bu istiqamətdə işlər davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar