20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə “525-ci qəzet”in vətənpərvərlik mövzusunda keçirdiyi şeir və esse müsabiqəsinə yekun vurulub.

Müsabiqə Ülvi Bünyadzadənin doğum günü – 23 sentyabrda başlayıb və 2 dekabra qədər davam edib. Professor Cahangir Məmmədli, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və “525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlinin münsif olduğu müsabiqədə ümumilikdə 40-a yaxın müəllif iştirak edib. Qaliblər mükafatlandırılıb.