Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə “Bizim kino günləri - audiovizual məkanda peşəkarlıq” adlı layihəyə start verilir. Azərbaycan kinosunun təbliği, filmlərimizin müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinin önə alındığı layihənin ideya müəllifi “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovdur.
Layihənin açılış tədbiri noyabrın 20-də Nizami Kino Mərkəzində olacaq. Həmin gün rejissor Asif Rüstəmovun “Axınla aşağı” filminə baxış keçiriləcək. Film ətrafında müzakirələr isə “Azərbaycan kinematoqrafiyasında ailə dəyərləri” mövzusunu əhatə edəcək. Layihənin növbəti mərhələlərində isə daha dörd görüş və müvafiq mövzular ətrafında fikir mübadiləsi nəzərdə tutulur.
Layihə çərçivəsində son illərdə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmlər Nizami Kino Mərkəzi, “Park Sinema” və “28 Cinema”da nümayiş olunacaq.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar