İtaliyanın “Termometro Quoditiano” (“Gündəlik termometr”) saytı Azərbaycanı 2020-ci ildə yenidən kəşf ediləsi ölkə adlandırıb.
“Lonely planet” turizm jurnalında ölkəmiz 2020-ci ildə səyahət ediləsi ölkələr siyahısına daxil edilib. İtalyan portalı da bunun əsasında yazı dərc edib.
“Azərbaycan – zərdüştlüyün yaşayan mədəni mərkəzi, müasir və qədim arxitekturanın vəhdəti, xarakterik Xəzər dənizi, keçmiş və gələcəyi özündə birləşdirən ölkə – yeni axtarışlar edən və suallara cavab axtaran hər kəsə maraqlı olacaq”, – deyə yazıda bildirilir.