Belçikanın Brügge şəhərində Avropa İttifaqı məkanında ilk dəfə olaraq turistlər üçün elektrik kateri fəaliyyətə başlayıb.

Uzunluğu 9 metr, eni 2 metrdən çox olan gəmi şəhər kanalına kran vasitəsilə buraxılıb.

Elektrik katerinin ətraf mühitə buraxdığı karbon qazı sıfır səviyyəsindədir. Bu halda dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə xoşagəlməz qoxu və səs-küy yox dərəcəsindədir. Katerin yaratdığı dalğalar daha zəif olduğuna görə onun sahilyanı divarlara ziyanı da minimum dərəcədədir.

Yeri gəlmişkən, bu katerin qiyməti də bahadır. O, dizel yanacağı ilə işləyən katerlərlə müqayisədə iki dəfə baha başa gəlir.