Bu il Kann Film Festivalının münsiflər heyətinin sədri 62 yaşlı rejissor Spike Lee olacaq.
“Oskar” nominasiyalarında irqçiliklə bağlı tənqidlərdən sonra Kann festivalının belə tənqidlərdən uzaq olması üçün 62 yaşlı Afrika mənşəli amerikalı rejissor Spike Lee münsiflər heyətinin sədri təyin edilib. O, məşhur festivalda jüri sədri olacaq ilk qaradərili nümayəndədir.
Spike Lee bunun onun üçün şərəf olduğunu bildirib. Ötən illərdə Kann festivalı çərçivəsində 7 filmi göstərilmiş rejissor 2018-ci ildə “BlackkKlansman” filminə görə Qran-pri mükafatına layiq görülüb.
73-cü Kann Film Festivalı 2020-ci il 12-23 may tarixində keçiriləcək.