Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası yanvarın 18-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan “Şəhərin qış gecələri” tamaşasının premyerası zamanı teatrın foyesində “Tariximizin qanlı və şanlı səhifəsi” adlı rəsm sərgisi təşkil edib.
Sərgidə nümayiş olunan 27 rəsm əsəri Qanlı Yanvar hadisələrini əks etdirir. Tamaşaya gələnlər öncə teatrın II mərtəbəsinin foyesində şagirdlərin çəkdikləri rəsmlərə baxıblar. Bu rəsmlərdə şagirdlər 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğunu təcəssüm etdirməyə çalışıblar.
Sonra kitabxananın əməkdaşları və şagirdlər “Şəhərin qış gecələri” tamaşasına baxıblar. Müasir vizual vasitələrdən, sənədli kinoxronika materiallarından istifadə edilərək səhnələşdirilən tamaşa uşaq və yeniyetmələr tərəfindən maraqla qarşılanıb.