Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 28 nömrəli uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar “20 Yanvar – unutmadıq” adlı tədbir keçirib.
Məktəbin müəllimi Məryəm Nəcəfova 20 Yanvar hadisələri haqqında iştirakçılara məlumat verib. Bildirib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən qırğın qan yaddaşımıza əbədi həkk olunub. 20 Yanvar tarixi yalnız faciə deyil, həm də şərəf, ləyaqət səhifəsidir.
Sonda faciəyə həsr olunmuş film təqdim olunub.