Noyabrın 18-də paytaxtın 189 və 190 saylı məktəblərinin şagirdləri Nizami Kino Mərkəzində uşaqlar üçün çəkilmiş “Dərs” bədii filminə baxıblar.
Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.
Film uşaqların məktəb həyatından, məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir. Rollarda Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər, eləcə də Bakı məktəbliləri çəkiliblər.
Nümayişdən əvvəl filmdə baş rollardan birinə çəkilmiş 10-cu sinif şagirdi Ayna Zərbəliyeva uşaqlara kinolentdə qaldırılan aktual mövzular haqqında bilgi verib.
Kinoseansda uşaqlar və valideynlər filmi bəyəndiklərini bildiriblər və gələcəkdə məktəblilərin həyatını əks etdirən ekran əsərlərinin daha da çox olmasını arzu ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar