Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitabları kataloqu” nəşrə hazırlanır.
Fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov qeyd edib ki, kataloqda 200-dək türkdilli əlyazma və çap kitablarının elmi təsviri veriləcək.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda 500-dən çox qədim əlyazma və çap kitabları mühafizə olunur.