Fevralın 18-də Bakıda kreativ sənaye və incəsənət sahəsini təmsil edən sahibkarların iştirakı ilə forum təşkil olunacaq.
Bu barədə məlumat verən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, tədbirin təşkilində əsas tərəfdaş qismində Mədəniyyət Nazirliyi çıxış edəcək.
O.Məmmədov əlavə edib ki, ölkədə kreativ sənayenin inkişafına dair araşdırmalar aparmaq məqsədilə işçi qrupu yaradılıb. İşçi qrupunda Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, həmçinin KOBİA-nın nümayəndələri təmsil olunur. İşçi qrupu tərəfindən müəyyən olunacaq sahələrin təşviqi, kreditləşməsi və s. istiqamətlərdə addımlar atılacaq.