“Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Mədəniyyət sahəsində əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif birgə tədbirlər, təcrübə mübadiləsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərləri və s. mədəni əlaqələrimizin əsas göstəricisidir”
Bu fikirləri jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, tədbir Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək: “Rusiyadan hökumət nümayəndələri, millət vəkilləri, elm adamları və incəsənət xadimlərinin Bakıya gəlişi çoxsahəli məsələlərin müzakirəsinə şərait yaradır”.