Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli onbirillik Musiqi məktəbində ümumi fortepiano və müşayiət şöbəsi şagirdlərinin konserti olub.

Konsertdə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Sonda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək müəllimləri və şagirdləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik Musiqi məktəbində “Klassik musiqi dəqiqələri” adlı simli və nəfəs alətləri şöbəsinin konserti keçirilib.

Əvvəlcə klassik musiqi haqqında məlumat verilib.

Sonra simli və nəfəs alətləri şöbəsinin şagirdləri rəngarəng proqramla çıxış ediblər.

Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.