2020-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun yaranmasının 75 ili tamam olur. İnstitutun Elmi şurasının iclasında yubileyə hazırlıqla bağlı təşkilat komitəsi yaradılıb.
İclasda institutun direktoru, akademik Möhsün Nağısoylu “Nəsimi ili”ndə görülən işləri diqqətə çatdırıb. Bildirib ki, ötən il İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı 4 kitab çap olunub. İlin mühüm nəticəsi kimi “Azərbaycan dilinin tarixi sintaksisi” kitabı işıq üzü görüb. Müstəqillik dövrünün ilk elmi qrammatikası yaradılıb.