Tanınmış satirik şair Səməd Mənsurun (1879-1927) “Şeirlər, felyetonlar, pyeslər” kitabı “Şərq-Qərb” nəşriyyatında çap olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan kitabın tərtibçisi Sona Xəyal və Seyyid Əsri, ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmidir.

Kitab oxuculara Səməd Mənsurun yalnız şair kimi deyil, publisist və dramaturq kimi də zəngin yaradıcılığı ilə tanış olmaq imkanı yaradır.