“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerləri arasında müsabiqə elan edir.

“Kreativ Azərbaycan” portalının tərəfdaşlığı ilə yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə 10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayır. Layihənin təsisçi və təşkilatçıları gənc dizaynerlər – Rəhim İsmayılov (müəllif, həmtəsisçi), Ramin Nəsirov (həmtəsisçi) və Elşən Quliyevdir (həmtəsisçi). 

Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar müxtəlif ölkələrdən münsiflər cəlb edib. Layihədə Azərbaycan, Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan ümumilikdə 18 münsif yer alır. Məşhur peşəkarlardan ibarət heyət bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər:

 

  • brendinq
  • qablaşdırma dizaynı
  • illüstrasiya
  • veb dizayn
  • sənaye dizaynı
  • tətbiqetmə (app) dizaynı
  • interyer dizaynı
  • eksteryer dizaynı
  • çap dizaynı
  • outdoor dizaynı

 

Layihənin qalibləri mart ayında keçiriləcək final gecəsində elan olunacaqlar.

Finalçılara “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat – “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim ediləcək.

Bütün yaradıcı insanlar bu layihədə iştirak etməyə dəvət olunur.

Layihələrin qəbulu: 13 yanvar – 17 fevral 2020-ci il.

 

Qeydiyyat: http://azerbaijandesignaward.com/register

 

facebook.com/azerbaijandesignaward

linkedin.com/azerbaijandesignaward

instagram.com/azerbaijandesignaward

Əlaqə üçün - info@azerbaijandesignaward.com

Mənbə: www.azerbaijandesignaward.com