Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq, SSRİ-nin Xalq artisti Eldar Ryazanov noyabrın 30-da, 88 yaşında dünyasını dəyişib. Məşhur kino xadiminin 2010-cu ildən səhhətində problemlər vardı. Son olaraq bu il noyabrın 21-də ağciyər və ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Eldar Ryazanov 1927-ci il noyabrın 18-də Samara şəhərində Aleksandr Ryazanov və Sofya Şustermanın ailəsində anadan olub. Atası Tehrandakı sovet ticarət nümayəndəliyində işləyirdi. Uşaq ikən ailələri Moskvaya köçüb və az sonra valideynləri ayrılıblar. Gələcək kinorejissor anasının himayəsində böyüyüb.
Eldar Ryazanov orta məktəbdə oxuyarkən dənizçi olmaq arzusunda idi, amma taleyin dalğaları və səmt küləyi onu kinoya gətirib. 1950-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Beş il sənədli kino sahəsində çalışıb.
1956-cı ildə çəkdiyi “Karnaval gecəsi” bədii filmi böyük uğur qazanıb və Eldar Ryazanovu ümumittifaq miqyasında tanıdıb. Sonrakı illərdə Rusiya və sovet kinosunun şedevrləri sayılan filmlərə imza ataraq adını dövrünün ən məşhur kinorejissorları sırasına yazdırıb.
Eldar Ryazanovun 60-80-ci illərdə çəkdiyi və bir qisminin eyni zamanda ssenari müəllifi olduğu “Avtomobildən qorun!”, "Qoca quldurlar", “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (1977-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb), “İşdə məhəbbət macərası”, "İki nəfər üçün vağzal", “Qaraj”, "Fleyta üçün unudulmuş melodiya" və s. filmləri bu gün də kinosevərlərin rəğbət bəslədiyi ekran əsərləridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar