Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Könüllülər ili” ilə əlaqədar metodiki tövsiyə hazırlayıb.
Metodiki tövsiyədə könüllü, könüllülüyün tarixi və könüllülük fəaliyyəti haqqında məlumat verilib, könüllü hərəkatının müxtəlif təlim və istiqamətlər üzrə inkişafı vurğulanıb.
Metodiki tövsiyədə Yasamal rayon MKS-nin Mərkəzi kitabxanası və kitabxana filiallarında il ərzində keçirilməsi zəruri olan tədbirlər də qeyd olunub. Bu sırada Qarabağ cəbhəsindən gələn məktubların toplanması, “Başqasına kömək et – sənə də kömək edərlər” adlı tədbirlərin təşkili, “Dünyanı xeyirxahlıq xilas edəcək” adlı stendlərin hazırlanması, “İstedadlar axtarırıq” istedadlı uşaq və gənclərin dəstəklənməsi kimi tədbirlər əksini tapıb.