Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ölkəmizin Braziliyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Porto Aleqre şəhərindəki “Santander Cultural” mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin nümayişi keçirilib.
Yerli tamaşaçılar qarşısında çıxış edən səfir Elnur Sultanov ölkəmizin zəngin mədəniyyəti və milli kinematoqrafiyası haqqında məlumat verib.
Dekabrın 2-dək davam edən kino proqramında “Buta”, “O olmasın, bu olsun”, “Təhminə”, “Çölçü”, “Dərvişin qeydləri”, “40-cı qapı” - ümumilikdə 14 Azərbaycan filmi yer alıb. Ekran əsərləri portuqal dilində altyazılarla nümayiş olunub.
Filmlərimiz yerli tamaşaçıların böyük marağına səbəb olub. Layihə Azərbaycan kinematoqrafiyasının Braziliyada təbliğinə, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinə dəyərli töhfə olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar