Yanvarın 29-da Turizm və sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların 3-cü Şirniyyat festivalı keçirilib.
Festival Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə reallaşıb.
Yarışmada Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) komandası da – Sosial menecment fakültəsi qida mühəndisliyi ixtisasının tələbələri Mətanət Pənahova, Gülnur Nağıyeva və Turizm və qonaqpərvərlik fakültəsinin 3-cü kurs tələbəsi Səidə Məmmədova iştirak edib. Festivalda beş növ şirniyyat təqdim edən ATMU komandası “Müasirlik” nominasiyası üzrə birinci yerə layiq görülüb.
Tələbələrin festivalda iştirakını Mehmanxana və restoran biznesi kafedrasının müdiri, dosent Novruz Quliyev və Karyera və kommunikasiya şöbəsinin əməkdaşı Aida Bayramova təşkil edib.