Tanınmış şair Yusif Nəğməkarın “Sevgi məbədi” adlı yeni şeirlər kitabı nəfis tərtibatla çap olunub. Lirik şeirlərdən ibarət olan kitabın redaktoru Xalq şairi Nəriman Həsənzadədir.

Müəllifin fəlsəfi-psixoloji aspektdə qələmə aldığı “Güllər atılmasın...” poeması isə aktual və ibrətamiz bir mövzuya – müasir gənclərin sevgisinə, bu yolda büdrəmələrinə, ailə-məişət problemlərinə həsr olunub.