Portuqaliyada ictimai nəqliyyatla bağlı təşəbbüs

Portuqaliyanın Respublika Assambleyasına ictimai nəqliyyatda ətir vurmağı qadağan etmək barədə petisiya verilib.

Parlamentə vətəndaş müraciətində diqqətə çatdırılır ki, ətriyyat məhsullarındakı kimyəvi maddələr insanların toplu halda olduğu ictimai yerlərdə və nəqliyyatda sağlamlığa ziyan vurur. İctimai nəqliyyatda ətriyyatdan istifadəni qadağan etməyə çağıran ərizəçinin fikrincə, tütünün istifadəsini məhdudlaşdıran qanun ətriyyat məhsullarına da şamil edilməlidir.

CAVİD