Kimya üzrə Nobel mükafatı laureatı (2015), dünya şöhrətli türk professor Əziz Sancarın Mardinin Savur qəsəbəsindəki evi muzeyə çevriləcək. Mardin Böyükşəhər Bələdiyyəsi tərəfindən muzeyin layihəsi üzərində işlərə başlanılıb.
Ə.Sancar 1946-cı ildə üçmərtəbəli, 36 otaqlı bu imarətdə anadan olub. 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirdikdən sonra bir müddət doğulduğu qəsəbədə həkimlik fəaliyyəti ilə məşğul olub, eyni zamanda yaşadığı evdən xəstəxana kimi də yararlanıb.
Muzeyin açılışına hazırda ABŞ-ın Şimali Karolina Universitetinin Tibb fakültəsində çalışan görkəmli alimin də dəvət edilməsi nəzərdə tutulur.