Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı üzrə mədəni əməkdaşlıq layihəsi  çərçivəsində Brüssel İncəsənət Sarayında (BOZAR) “Bridges” film festivalı təşkil edilib. Festivalda azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi də nümayiş olunub.

Film yerli tamaşaçı auditoriyası, eləcə də Belçikada yaşayan azərbaycanlılar tərəfindən maraqla izlənilib. Filmin nümayişindən sonra H.Baydarov tamaşaçıların suallarını cavablandırıb.