Dekabrın 7-də Bakıda Türkiyə filmləri həftəsi başlayıb. Ekran əsərləri "Park Sinema"da nümayiş olunur. Layihə çərçivəsində ilk olaraq rejissor Osman Sınavın “Uzun hekayə” filmi təqdim edilib.

Film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə keçirilir.
Açılış tədbirində Türkiyənin mədəniyyət və turizm nazirinin keçmiş müavini Yıldırım Ak, millət vəkili Metin Gündoğdu çıxış edərək qardaş ölkələr arasında olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıblar.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı belə tədbirlərin davamlı olaraq keçirilməsinin, eyni zamanda Türkiyədə də Azərbaycan filmlərinin nümayiş olunmasının vacibliyini vurğulayıb.
Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkun belə layihələri Azərbaycanın digər bölgələrində də reallaşdıracaqlarını söyləyib.
Rejissor Osman Sınav “Uzun hekayə” filmi haqqında məlumat verərək bildirib ki, bu onun ən əhəmiyyətli işidir. Sonra film nümayiş olunub.
Dekabrın 12-dək davam edəcək kino həftəsində ümumilikdə 8 film tamaşaçılara nümayiş olunacaq. Bunlar “120”, “İmam”, “Lal gecə”, “Sərvi boylum, al yazmalım”, “Mommo bacım”, “Gəlin”, “Kırımlı” bədii və “Tunel” sənədli filmləridir. Nümayişlərlə yanaşı, filmin rejissoru və ssenaristləri ilə görüşlər, ustad dərsləri də keçiriləcək. Kinoseanslara giriş sərbəstdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar