Fevralın 2-də Xətai Sənət Mərkəzində “Sağlamlığın qorunması” İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Gününə həsr edilmiş sərgi keçirilib.
Sərgidə gənc rəssamlar Lalə Hüseynzadə və Emin Saqinin 50-yə yaxın qarışıq yağlı boya, qumla və karandaşla çəkilən əsərləri nümayiş olunub.
İctimai birliyin sədri Yazgül Abdıyeva qeyd edib ki, sərgi gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, tədbir və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etmək məqsədilə təşkil olunub.
Əsərləri nümayiş olunan rəssamlar diplomla təltif edilib. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olub.