Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
1. Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər.
2. “Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi.
3. Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər.
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci il mart ayının 3-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
Tədbirin keçiriləcəyi yer və tarix;
Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.
Ünvan:
AZ 1000, Bakı şəhəri, Hökumət evi, Ü.Hacıbəyli küçəsi 40.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi
Əlaqələndirici şəxs: Elnarə Quliyeva
E-mail: qht.medeniyyet@gmail.com
Tel: (012) 498 79 53
(012) 498 20 62