Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə 2020-ci il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

 

1. Xalq yaradıcılığı və sənətkarlığın inkişafına dair təşəbbüslər.

2. “Müasir dünyanın multikultural məkanı: Azərbaycan” mövzusunda tədbirlərin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi.

3. Regionlarda mədəni-kütləvi tədbirlərin dəstəklənməsinə dair təşəbbüslər.

 

“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2020-ci il mart ayının 3-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

 

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət evi, Ü.Hacıbəyli küçəsi 40.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqələndirici şəxs: Elnarə Quliyeva

E-mail: qht.medeniyyet@gmail.com

Tel: (012) 498 79 53

(012) 498 20 62