11-12 dekabrda beynəlxalq “Eurochannel” televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində çəkilmiş “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş olunacaq.
Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş filmin rejissorları Aleksandras Brokas və Mindauqas Urbonaviciusdur.
Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, filmin nümayişi haqqında məlumat “Eurochannel”ın saytında (www.eurochannel.com) yerləşdirilib.
Sayt məlumat verir ki, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.
“Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur”, - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar