Ekran əsəri "Sundance" beynəlxalq film festivalında ilk dəfə təqdim ediləcək

Gələn ilin yanvarında “Əli və Nino” filminin Amerikada premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri - eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək ABŞ-da keçiriləcək nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq.
Heydər Əliyev Fondundan bildiriblər ki, "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru BAFTA mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.
Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
Qeyd edək ki, filmin çəkilişləri 2015-ci ilin fevralından iyun ayınadək davam edib. Çəkilişlər Bakıda, İçərişəhər küçələrində və paytaxtın bir sıra digər məkanlarında, Qobustanda və Xınalıqda aparılıb.
Filmin yaradıcı heyəti ilk gündən ssenariyə, səviyyəli komandaya, çəkiliş üçün gözəl məkanlara və güclü aktyor heyətinə əsaslanaraq ekran əsərinin böyük uğur qazanacağına əminliyini bildirmişdi.
Bu uğur ilk dəfə olaraq "Sundance" beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şəhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə təşkil ediləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar