Amerikanın məşhur kino aktyoru, Hollivud ulduzu Kirk Duqlas fevralın 5-də 103 yaşında dünyasını dəyişib.

Kirk Duqlas kinoda bir çox rolları ilə tanınsa da, ona dünya şöhrətini 1960-cı ildə ekranlara çıxan “Spartak” filmi (rejissor Stenli Kubrik) qazandırıb.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir. O həmçinin on kitab yazıb.

Kirk Duqlasın oğlu Maykl Duqlas da məşhur aktyordur.