“Elm və təhsil” nəşriyyatında tanınmış kinoşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun “Kinomuzda Anar fenomeni” adlı kitabı çapdan çıxıb. Kitabın redaktoru və ön sözün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.
Müəllif kitabda görkəmli yazıçı-dramaturq və kino xadimi Anarın ssenariləri əsasında onun özünün və digər rejissorların çəkdikləri sənədli və bədii filmləri geniş təhlil etmiş, onun Azərbaycan ekran sənətinə gətirdiyi yenilikləri, film yaratmaq məharətinin, ekran estetikasının prinsipial xüsusiyyətlərini araşdırmışdır. «Kinematoqrafçı Anar» fenomeninin mahiyyətini açmağa çalışan tədqiqatçı, ümumiyyətlə, istər ssenarist, istərsə də rejissor kimi Anarın kino tariximizdə yerini geniş təhlil edərək elmi-nəzəri əhəmiyyət daşıyan bir sıra mühüm nəticələrə gəlmişdir.
Kitabın sonunda kino estetikasının müxtəlif problemləri ətrafında Xalq yazıçısı Anarla geniş müsahibə də verilmişdir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar