Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iş təcrübəsi ilə tanış olmaq məqsədilə fevralın 12-də müasir texnologiyalar infrastrukturuna malik ADA Universitetinin kitabxanasında olublar.

Kitabxananın direktoru Elçin Məmmədov fəaliyyətləri barədə ətraflı məlumat verib. Bildirib ki, kitabxana müasir informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Burada tətbiq edilən “Millennium” avtomatlaşdırılmış kitabxana-informasiya sistemi yeni – OCLC WMS kitabxana-informasiya sistemi ilə əvəz edilib. Hazırda kitabxananın bütün informasiya prosesləri bu sistem vasitəsilə  avtomatlaşdırılıb.

Kitabxananın mütəxəssislərindən Vəfa Məmmədova istifadəçi xidməti haqqında və Nigar Babayeva tədqiqat və tədris xidmətləri haqqında praktiki məlumat verib, sualları cavablandırıblar.

Görüş zamanı iki kitabxana arasında kitab mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə edilib.