Özbəkistan Yazıçılar İttifaqında Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş keçirilib.
İttifaqın sədr müavini Nodir Conuzak Ramiz Əskərin elmi yaradıcılığından danışıb. Bildirilib ki, alim özbək ədəbiyyatına aid 10 kitabı Azərbaycan dilinə tərcümə edib. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib və siqnal nüsxəsini Daşkəndə gətirib.
Nodir Conuzak Ramiz Əskərə Özbəkistan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini və qurumun fəxri diplomunu təqdim edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov, professor Nurboy Jabborov, Dilnəvaz Yusupova və başqaları Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndiriblər, R.Əskərə elmi və tərcüməçilik fəaliyyətində uğurlar arzulayıblar.