Fevralın 19-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə AXIN incəsənət qrupunun üzvləri üçün növbəti tədbir təşkil olunacaq.

Tədbirdə tanınmış bərpaçı-rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə ediləcək. İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələrini resmqalereya@gmail.com ünvanına göndərə bilər.