Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin “Banu” rəqs kollektivi Türkiyədə keçirilən tədbirdə uğurla iştirak edib.

Festival Qəhrəmanmaraş şəhərində Türkiyənin Qurtuluş savaşı – milli mücadiləsinin 100 illiyi münasibətilə keçirilib.

Festival çərçivəsində “Banu” rəqs kollektivinin maraqlı rəqs nümunələri qonaqlarda xoş əhval-ruhiyyə yaradıb.