“Ulduz müharibələri” filminin yeddinci epizodu kassa yığımı rekordlarını yeniləməkdə davam edir. Yanvarın 6-da ABŞ-da və Kanadada fantastik macəra filminin kassa yığımı 760,5 milyon dolları keçib. “Ulduz müharibələri”nin yeni epizodu “Avatar”ı geridə qoyaraq Şimali Amerika üçün rekord müəyyən edib.
Bundan əvvəl də “Ulduz müharibələri: gücün oyanışı” filmi bir sıra kassa rekordlarını yeniləmişdi. Cey Cey Abramsın ekran əsəri digər filmlərdən daha tez - 12 prokat günü ərzində 1 milyard dollar qazana bilib. Yeni epizod, həmçinin epopeyanın bütün yeddi hissəsindən ən populyarı olub.
Dünya üzrə kassa yığımlarının həcminə görə “Ulduz müharibələri” hələ ki, 1,5 milyard dollarla dördüncü yeri tutur. Lakin “Gücün oyanışı” filminin bu göstəriciyə görə ümumilikdə 2,8 milyard dollar yığan “Avatar”ı qabaqlayacağı gözlənilir.
Xatırladaq ki, kosmik epopeyanın yeni epizodu ekranlara dekabrın 16-da buraxılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar