Məşhur rus şairi Sergey Yeseninin (1895-1925) 125 illik yubileyi münasibətilə beynəlxalq klaster yaradılacaq.

S.A.Yesenin adına Ryazan Dövlət Universitetində yaradılacaq platforma şairin adını daşıyan muzey, kitabxana və elmi mərkəzləri birləşdirəcək. Klasterə S.Yeseninin Bakının Mərdəkan qəsəbəsindəki ev-muzeyi də daxil olacaq. Şairin adı ilə bağlı olan müəssisələr platforma çərçivəsində tədqiqatlar, keçirilən tədbirlər, sərgilər barədə informasiya mübadiləsi aparacaqlar.

Qeyd edək ki, Sergey Yesenin 1924-1925-ci illərdə bir neçə ay Bakıda yaşayıb. Burada 50-dən çox əsərini, o cümlədən məşhur “Əlvida, Bakı” şeirini qələmə alıb.