Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə fevralın 21-də Muzey Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir keçiriləcək.
Tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində lentə alınmış “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunacaq.
Tədbir çərçivəsində Ankara Qazi Universiteti tərəfindən ADMİU-ya hədiyyə edilmiş əsərlərdən ibarət sərgi də açılacaq. Sərgidə Qazi Universitetində təhsil alan Türkiyə, Azərbaycan və Qırğızıstandan olan rəssam tələbələrin 13 əsəri nümayiş olunacaq.