Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkəyə gətirilən iki tarixi irs nümunəsi Ankarada nümayiş etdiriləcək.
Nazirliyin açıqlamasına görə, keçən illərdə ölkə xaricinə qaçaq yolla aparılan və İngiltərədə aşkar edilərək təhvil prosesi başladılan İsparta mənşəli Sidamara növ qəbirdaşı və eradan əvvəl III-II minilliklərə aid Anadolu mənşəli iki buğalı öküz arabası fevralın 15-də Londondan İstanbula gətirilib.
Türkiyəyə qaytarılan hər iki tarixi nümunə Anadolu Mədəniyyətləri Muzeyində nümayiş olunacaq.
Mehparə SULTANOVA
Ankara