Ustalar üçün növbəti təlim kursu
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac duyulur. Bu məqsədlə nazirlik tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursu keçirilib.
Abbas Kərimovun rəhbərliyi ilə aparılmış kurslarda Gəncə, Samux, Naftalan, Zərdab, Gədəbəy, Yardımlı, Şəki şəhər və Cəlilabad rayon uşaq musiqi məktəblərinin müəllimləri iştirak ediblər. Onlar alətlərin tarixi və hissələri, mexanikanın nizamlanması, çəkiclərin hamarlanması, klavişlərin, pedalların təmiri haqqında məlumat və praktiki vərdişlər əldə edib.
Sonda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sevil Ələkbərova tərəfindən kursda iştirak edən müəllimlərə müvafiq sertifikatlar təqdim edilib.