Azərbaycanın premium kinoteatrı “CinemaPlus” daha beş yeni kinoteatr açacaq. Onlardan biri bu il Gəncə şəhərində istifadəyə veriləcək. Bütün lazımi avadanlıqla təmin olunan və 3D texnologiyaları ilə təchiz edilən kinoteatr ümumi oturacaq sayı 460 nəfər olan beş zaldan ibarətdir. Bu il üçün açılması planlaşdırılan doqquz zaldan ibarət növbəti kinoteatr Bakıda “Gənclik mall” Ticarət Mərkəzində yerləşir. Bu da ölkənin ən böyük kinoteatrı olacaq.
Bundan başqa, bu il “Amburan mall”da da üç zallı kinoteatrın açılması nəzərdə tutulub. 2017-ci ildə isə daha iki şəbəkənin açılması planlaşdırılıb. İnsanların asudə vaxtlarını yaxşı keçirmələrinə kömək göstərmək üçün kinoteatrlarda qiymətlər ucuz olacaq. Hazırda “CinemaPlus” “28 Mall” Ticarət Mərkəzində fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar