Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyevin “Bakı Xoreoqrafiya Akademiyası: ənənədən başlanan yol” kitabı nəşr olunub.
Kitab Azərbaycanda xoreoqrafiya təhsilinin 90 illik tarixinə və Bakı Xoreoqrafiya Akademiyasının 5 illik fəaliyyətinə həsr olunub. Nəşrdə milli rəqs sənətinin formalaşması, xoreoqrafiya məktəbinin təşəkkülü, keçdiyi şərəfli yol, burada fəaliyyət göstərmiş görkəmli balet və rəqs ustalarının yaradıcılığı nəzərdən keçirilib. Bakı Xoreoqrafiya Akademiyasının timsalında zəngin sənət ənənələrinə malik xoreoqrafiya təhsilinin akademizm və çiçəklənmə dövrü, geniş yaradıcılıq imkanlarına malik tədris prosesinin inkişafı öz əksini tapıb.
Kitab balet artistləri və rəqs ifaçıları, xoreoqraflar, baletmeysterlər, mədəniyyət xadimləri, tədqiqatçılar, pedaqoqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.