“İP Orchestra”nın Bakıda daha bir konserti
Fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində Sankt-Peterburqun tanınmış simfonik orkestri – “İP Orchestra”nın konserti olub. Kollektivin rəhbəri İqor Ponomarenkonun dirijorluğu ilə keçən konsertdə “AC/Dc”, “Metallica”, “Nirvana”, “Aerosmith”, “Rammstein”, “Queen” kimi dünya şöhrətli qrupların repertuarlarından rok musiqisi hitləri səsləndirilib.
Bakı tamaşaçıları orkestrin çıxışını növbəti dəfə böyük maraqla qarşılayıb.
Musiqi sahəsində bir sıra layihələr, o cümlədən “Barışnya-krestyanka” və “Strasti po Kaştanke” müziklləri tanınmış bəstəkar və dirijor İqor Ponomarenkonun adı ilə bağlıdır. O, “Ma.Qr.İq.Al” və “Terem-kvartet” kimi musiqi kollektivlərinin yaradıcısıdır. 2009-cu ildə “İP Orchestra”nın əsasını qoyub.